Migel Anxel Moratinos: “İslamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq”

Migel Anxel Moratinos: “İslamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq” “Dünya ictimaiyyəti İslamı sülh və monoteizm dini kimi təbliğ etməklə islamofobiyaya qarşı birgə mübarizə aparmalıdır”.
Din
15 Mart , 2023 12:08
Migel Anxel Moratinos: “İslamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq”

“Dünya ictimaiyyəti İslamı sülh və monoteizm dini kimi təbliğ etməklə islamofobiyaya qarşı birgə mübarizə aparmalıdır”.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına videomüraciətində deyib.

O, martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edildiyini vurğulayıb: "İslamofobiya ilə Mübarizə Gününün təsis edilməsinə niyə ehtiyac var idi? Çünki bu, ksenofobiya və dözümsüzlük kimi problemlərlə bir sırada dayanır".

Moratinos konfrans iştirakçılarının iki gün ərzində İslama hörmət və islamofobiyaya qarşı mübarizə ilə bağlı mühüm məsələləri müzakirə edəcəklərinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, 2020-ci ilin noyabrında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Niamey şəhərində (Niger Respublikası) keçirilən iclasında martın 15-i İslamofobiya ilə Mübarizə Günü elan edilib. 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası da bu günü Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edib.

Son xəbərlər

Orphus sistemi