Məhkumlarla vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb

Məhkumlarla vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb “Dinimiz mənəviyyatımızdır” mövzusunda 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirilib
Din
26 Oktyabr , 2016 20:41
Məhkumlarla vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidməti Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi ilə birgə “Dinimiz mənəviyyatımızdır” mövzusunda 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.

Tədbirlər zamanı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı məhkumlarla vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat vermiş, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğunu onların diqqətinə çatdırıb.


Son xəbərlər

Orphus sistemi