Məhərrəm ayı oktyabrın 3-də başlayır

Məhərrəm ayı oktyabrın 3-də başlayır Bu ayla əlaqədar QMİ tərəfindən fətva veriləcək
Din
15 Sentyabr , 2016 10:49
Məhərrəm ayı oktyabrın 3-də başlayır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu il Məhərrəm ayı Miladi təqvimi ilə oktyabrın 3-ü, bazar ertəsi günü başlayacaq.

"Report"un xəbərinə görə, Hicri-qəməri təqviminin son ayı Zilhiccə bu il oktyabrın 2-si, bazar günü başa çatacaq. Bundan sonra Məhərrəm ayının 1-i tarixi ilə 1438-ci il başlayacaq.

Oktyabrın 12-də - Məhərrəm ayının 10-cu günü Aşura qeyd olunacaq.

Məhərrəm ayı miladi təqvimi ilə oktyabrın 31-də, səfər ayı isə noyabrın 30-da, yaxud dekabrın 1-də başa çatacaq. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Report"a bildirib ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq, QMİ Qazilər Şurası tərəfindən fətva veriləcək.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da Kərbəlada şəhid ediliblər.

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir.

Son xəbərlər

Orphus sistemi