Lənkəranda Aşura ilə əlaqədar qanvermə aksiyasına başlanılıb

Lənkəranda Aşura ilə əlaqədar qanvermə aksiyasına başlanılıb Lənkəran. 19 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində Aşura günü ilə əlaqədar qanvermə aksiyasına başlanılıb.
Din
19 Sentyabr , 2018 17:19
Lənkəranda Aşura ilə əlaqədar qanvermə aksiyasına başlanılıb
Report
0 : 00
0 : 00

Lənkəran. 19 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində Aşura günü ilə əlaqədar qanvermə aksiyasına başlanılıb. 

"Report"un Cənub bürosu xəbər verir ki, aksiya Qafqaz Müsəlmanları İdarəsinin, Mərkəzi Qan Bankının Lənkəran bölməsinin dəstəyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə şəhərin "Böyük Bazar" məscidində keçirilir. Aksiyanın keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkənlərə yardım etməkdir.

Mütəmadi olaraq hər il keçirilən xeyriyyə məqsədli analoji aksiyada şəhərin müxtəlif ali təhsil ocaqlarının müəllim-tələbə heyəti, digər müəssisə, təşkilat nümayəndələri və yerli saknlər iştirak edir. 

Donorların əvvəlcə qanları və sağlamlıq vəziyyəti müəyyən edilib. Səhhəti imkan verənlərin hər birindən 150-200 qram qan götürülüb. Yerli tibb işçiləri tərəfindən həyata keçirilən aksiya zamanı götürülən qanlar yoxlanıldıqdan sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq. Saat 09:00-dan başlanan aksiya sabah 18:00-a kimi davam edəcək. 

Qeyd edək ki, vətəndaşlar aksiya keçirilməyən vaxtlarda da, bütün iş günlərində qan vermək məqsədi ilə Mərkəzi Qan Bankının Lənkəran bölməsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi