“Fransada islamofobiyanın mövcudluğu əsasən dinin “şəxsi” məsələ kimi qəbul edilməsi, islamın isə daha çox “ictimai” din olması ilə əlaqəlidir”.
Bunu "Report"a ABŞ-ın G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Koul Darem bildirib.
"Atributlarını da nəzərə alsaq, islam bir çox cəhətdən ictimai bir dindir. Məsələn, hicab imanı nümayiş etdirir. Bundan əlavə, fransızların sosial həyatda din anlayışı ilə islamın təbliğ etdiyi həyat tərzi arasında fərqlər var", - o əlavə edib və ABŞ-da bununla bağlı ciddi problemlərə rast gəlinmədiyini deyib.
Koul Darem hazırda islamofobiyanın ən bariz nümunəsinin Myanmada baş verdiyini, bu ölkədə insanların öldürüldüyünü, qovulduğunu və əsl soyqırımına məruz qaldığını bildirib.
"Belə irrasional və patoloji nifrəti izah etmək çox çətindir. Düşünürəm ki, təhsil çox şeyi dəyişə bilər. Biz stereotipləri qırmalıyıq", - o deyib.