"Dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq insanlar bərabər yaradılır, bərabər hüquqlara malik olur. Bu təkcə hüquqi yox, həm də mənəviyyat məsələsidir".
"Report" xəbər verir ki, bunu
Onun sözlərinə görə, dünyada yüzlərlə din, inanc, təriqət, məzhəb olsa da, insanların yaşaya biləcəyi bir planetin olması qaçılmaz həqiqətdir: "Yaşamağımız, planeti paylaşmağımız üçün dialoqdan başqa söykənəcəyimiz vasitə yoxdur. Çünki bütün dinlərin məqsədi sevgidən keçir".
O bildirib ki, hüquqla yanaşı, mənəviyyatla işləmək bu gün dünyanın ən aktual məsələlərindəndir: "İnsanlara təkcə təhsili, dünyagörşləri ilə deyil, ürəklərinə də xitab etməliyik. Çünki mənəviyyat ürəklə, könüllə bağlı bir şeydir. Təhsillə yanaşı, həm də zəngin ürək, mənəviyyat tələb edir".
G.İsmayılov qeyd edib ki, mədəniyyətlərarası dialoqun baş tutması üçün əlverişli mühit lazımdır: "Əlverişli mühit də ədalətli yanaşmadan keçir. Ədalət olmayan yerdə dialoq qurmaq çox çətindir. Bu baxımdan təkcə din xadimlərinin deyil, dövlət xadimlərinin, siyasilərin üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanın 20 faizi işğal olunub, bu illərdir davam edir. Mən özüm işğal olunan Laçın rayonundanam. Laçın rayonu işğal olunanda 13 yaşım var idi. Əgər mən 27 il ərzində doğulduğum torpağa gedə bilməmişəmsə, demək ədalətsizlik hələ də davam edir. Mən bu problemi həll edə bilməmişəmsə, bizdən sonrakı nəsil də bu problemlə qarşılaşacaq. Biz ədalətsizliyi aradan qaldırmadıqca, dialoqun baş tutması çətin olacaq".
Komitə sədrinin müavini bildirib ki, dövlətlər, siyasi xadimlər, dövlət başçıları dinlər, mədəniyyətlərarası dialoqun baş tutmasını istəyirlərsə, Azərbaycan dövlətinin başçısı kimi ədalətli, qəti mövqe nümayiş etdirməlidirlər. "İkili standart olan yerdə ədalət olmur. Münaqişələrinin həllinə ədalətli yanaşma yoxdursa, münaqişə qurbanlarının ədalətli mövqe sərgiləməsi də çətin olur".