Hyepin İm: "Bir çox ölkələrin Azərbaycan modelindən və onun rəhbərliyinin siyasətindən nümunə götürməsi üçün dua edirəm”

Hyepin İm: "Bir çox ölkələrin Azərbaycan modelindən və onun rəhbərliyinin siyasətindən nümunə götürməsi üçün dua edirəm” "Azərbaycanda dinlərarası münasibətlərdən savayı, sünni və şiə müsəlmanlarının bir lideri var"
Din
11 Fevral , 2017 15:15
Hyepin İm: Bir çox ölkələrin Azərbaycan modelindən və onun rəhbərliyinin siyasətindən nümunə götürməsi üçün dua edirəm”

Bakı 11 fevral. REPORT.AZ/ “Azərbaycanın dini tolerantlıq modeli və onun sülhün təşviqində oynadığı rol bütün dünya ölkələrinə nümunədir. Bir çox ölkələrin Azərbaycan modelindən və onun rəhbərliyinin siyasətindən nümunə götürməsi üçün dua edirəm”.

"Report" xəbər verir ki, bunu Cənubi Koreyanın “İcma İnkişafı üçün Koreya Kilsələri” təşkilatının təsisçisi və prezidenti Hyepin İm Azərbaycana səfəri haqqında “The Korea Times” saytına “Azərbaycana səfərim” adlı məqaləsində yazıb.

Hyepin İm bildirib ki, ötən ilin sentyabrında Azərbaycanın ev sahibliyi etdiyi və 400-dən artıq ölkənin liderlərinin dəvət aldığı V Beynəlxalq Humanitar Foruma dəvət əsasında qatılıb: "Azərbaycan rəhbərliyinin uğurlarını, tarixini, gözəl memarlıq nümunələrini yaxından görmək və bunlar haqqında məlumat əldə etmək, həmçinin, dünyanın hər yerindən bura toplaşan böyük lider və ekspertlərlə görüşmək həqiqətən ruhlandırıcı və yaddaqalan bir məsələ idi. İki il bundan öncə mən Azərbaycanın bir ölkə kimi mövcudluğunu və yerləşdiyi ərazini çətinliklə öyrənə bildim. Bundan sonra Azərbaycanın Los-Ancelesdəki konsulluğu və sahibi olduğum “İcma İnkişafı üçün Koreya Kilsələri” adlı təşkilatla birgə keçirilən tədbirlərdə iştirakım məni bu qənaətə gətirdi ki, Azərbaycan dünyanın aparıcı ölkələrindən biridir və Azərbaycan modeli dünyada sülh və dini tolerantlığın inkişafına yönəlib. Azərbaycanın 95%-i müsəlmanlardan ibarətdir və 2000 ildən çoxdur ki, yəhudi icmaları burada məskunlaşaraq onlarla sülh və əmin-amanlıq şəraitində yaşayırlar".

Məqalədə daha sonra bildirilib ki, hər bir ölkənin onun inkişafı naminə bir sıra dəyər və prinsipləri var: "Amerikada öz müqəddəratını həlletmə, azadlıq və müstəqillik dəstəklənən və təbliğ edilən dəyərlərdəndir. Azərbaycanda isə Prezident və müxtəlif dini liderlər ilə apardığım müzakirələrin nəticəsi kimi onların bir araya gələrək multikulturalizm və bütün dinlərin əhatəsində birləşməsi məni təsirləndirdi. Mən Azərbaycan hökumətinin müxtəlif dinlərin nümayəndələri üçün ibadət evlərinin tikintisini əhəmiyyətli dərəcədə maliyyələşdirdiyi haqqında eşitmişdim. Səfərim ərzində Katolik kilsələrinin, yəhudi məbədləri və pravoslav kilsəsinin başçıları ilə görüşərək bunun şahidi oldum. Müxtəlif dinlər arasında dialoq və harmoniyanı özündə əks etdirən unikal səhnənin şahidi olmaq gözəl hiss idi. Dinlərarası münasibətlərdən savayı, sünni və şiə müsəlmanlarının bir lideri var. Hər iki məzhəbin nümayəndələrinin mütəmadi olaraq birgə ibadət etmələrini başqa yerdə görmək kifayət qədər nadir və ağılagəlməz bir hadisədir. Dini münaqişələrin tüğyan etdiyi, İŞİD və digər terror təşkilatlarının mövcud olduğu təhlükəli bir vaxtda Azərbaycanın gördüyü işləri öyrənməkdən və bu ölkənin dini tolerantlıqla bağlı təşviqindən məmnunluq hissi duydum. Azərbaycanda xristian və yəhudilər nəinki azad şəkildə dini inanclarını yerinə yetirir, eyni zamanda hökumətdə səs vermək və təmsil olunmaq hüququna malikdir. Azərbaycanın tarixində Ermənistanla baş verən gərgin və qanlı münaqişəyə baxmayaraq, Azərbaycan hökuməti tarixi erməni kilsəsində erməni əlyazmalarını və kitablarını qoruyaraq buraya gələn ziyarətçilərin həmin mənbələrdən faydalanmağını təmin edir. Azərbaycandan öz ölkəmə yüksək təəssüratla geri döndüm. Azərbaycanda yeni perspektiv və modellər mövcuddur". 

Son xəbərlər

Orphus sistemi