​"Heydər" məscidində Xocalıya həsr olunmuş moizə oxunacaq

​"Heydər" məscidində Xocalıya həsr olunmuş moizə oxunacaq "Cümə xütbəsinin bir hissəsi Xocalıya həsr olunub"
Din
23 Fevral , 2016 12:06
​Heydər məscidində Xocalıya həsr olunmuş moizə oxunacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 24-cü ildönümü günü "Heydər" məscidində Xocalıya həsr olunmuş moizə oxunacaq.

Bunu "Report"a açıqlamasında "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli deyib.

Onun sözlərinə görə, ötən həftə də cümə xütbəsini bir hissəsi Xocalı soyqırımı ilə bağlı söhbətə həsr olunub, namaz qılmaq üçün gələnlərə faciə haqqında məlumat verilib: "Həftənin cümə günü Xocalı faciəsinin törədildiyi tarixə təsadüf edir. Məsciddə Xocalı soyrımına həsr olunmuş moizə oxunacaq, mövzu ilə bağlı söhbət aparılacaq. Daha sonra vəhdət namazı qılınacaq. Ötən cümə günü də faciənin ərəfəsində hadisələrə həsr olunmuş söhbət olunub".

S.Həsənli bildirib ki, hər həftə qılınan vəhdət namazlarından əvvəl iki hissədən ibarət xütbə oxunur. Xütbənin birinci hissəsində İslam haqqında, ikinci hissədə isə müasir tariximizə təsadüf edən önəmli hadisələr haqqında gələnlərə geniş məlumat verilir.  

Son xəbərlər

Orphus sistemi