Həcc ziyarətinə Azərbaycandan ilk qrupun gedəcəyi vaxt açıqlanıb

Həcc ziyarətinə Azərbaycandan ilk qrupun gedəcəyi vaxt açıqlanıb İndiyədək 250 nəfər sənəd verib
Din
376
10 Mart , 2017 16:51
Həcc ziyarətinə Azərbaycandan ilk qrupun gedəcəyi vaxt açıqlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda Həcc ziyarətinə getmək üçün indiyədək 250 nəfər sənəd verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a bildirib ki, sənədlərin qəbulu may ayının ortalarına kimi davam edəcək.

O deyib ki, ziyarətə getmək qərarını dəqiqləşdirən insanlara sənədlərini vaxtında təqdim etmələri tövsiyə olunur: "Bu il Həcc ziyarəti üçün ayrılan yerlər məhduddur. Ziyarətə getmək istəyənlər zamanında sənədlərini təqdim etməlidirlər".

H.Babayev onu da bildirib ki, təlabatın artacağı təqdirdə kvotanın artırılması nəzərdə tutulmayıb. O qeyd edib ki, bu il Həcc ziyarətinə ilk qrup avqustun 21-23 aralığında yola düşəcək.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da elan olunub.

Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb.

Ziyarət üçün vahid qiymət - 3850 dollar müəyyənləşdirilib. 

Son xəbərlər

Orphus sistemi