Gürcüstanın dövlət naziri Ramazan ayı münasibətilə təbrik yaydı

Gürcüstanın dövlət naziri Ramazan ayı münasibətilə təbrik yaydı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Ramazan ayının başlaması münasibətilə ölkə müsəlmanlarını təbrik edib.
Din
24 Aprel , 2020 14:06
Gürcüstanın dövlət naziri Ramazan ayı münasibətilə təbrik yaydı

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Ramazan ayının başlaması münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, təbriki Kvemo Kartli, Kaxeti, Acarıstan və digər bölgələrdə yaşayan müsəlman vətəndaşlara ünvanlayıb.

K.Tsixelaşvili Ramazan ayının müsəlman həmvətənlərə və Gürcüstana xeyirxahlıq və sülh gətirməsini arzulayıb: “Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu çətin dövrdə yalnız birgə səylər və qarşılıqlı dəstəklə bu çətin vəzifənin öhdəsindən uğurla gələ bilərik”.

Nazir müsəlmanlara göstərdikləri yüksək vətəndaşlıq məsuliyyətinə görə minnətdarlıq edib.

O, hər bir müsəlman vətəndaşa, ailəyə cansağlığı, firavanlıq və tərəqqi diləyib. 

Son xəbərlər

Orphus sistemi