Gürcüstanda məscidlərin fəaliyyəti ilə bağlı qərar verildi

Gürcüstanda məscidlərin fəaliyyəti ilə bağlı qərar verildi Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Ramazan ayında ölkədəki məscidlərin fəaliyyəti barədə qərar qəbul edib.
Din
17 Aprel , 2020 14:21
Gürcüstanda məscidlərin fəaliyyəti ilə bağlı qərar verildi
0 : 00
0 : 00

Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Ramazan ayında ölkədəki məscidlərin fəaliyyəti barədə qərar qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, məscidlərdə namaz, həmçinin kütləvi iftar məclislərindən uzaq durmaq tövsiyə olunub.

GMİ Ramazan ənənəsi olan iftar süfrələri təşkil etmək əvəzinə onun dəyəri qarşılığında yoxsul və kimsəsizlərə pul və yaxud ərzaq yardımı göstərməyi də tövsiyə edib.

“Bu qərarla biz, Gürcüstanın sayca ikinci dininin nümayəndələrindən olan tamhüquqlu müsəlman vətəndaşları düşünürük ki, həm Allahın razılığını qazanmış və həm də belə ağır günlərdə dövlətimizə dəstək olmaqla insanların sağlamlığı yolunda tədbir görmüş olarıq”, - qərarda bildirilib.

Qeyd edək ki, koronavirusla bağlı qonşu ölkədə martın 17-dən etibarən məscidlərdə dini mərasim və ibadətlər dayandırılıb.

Son xəbərlər

Orphus sistemi