Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkə müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.
“Report”un yerli bürosu xəbər verir ki, spiker müsəlmanlara sülh və əmin-amanlıq arzu edib.
İ.Kobaxidze müsəlmanları Gürcüstanın ayrılmaz hissəsi adlandıraraq onların ölkənin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də Ramazan ayı münasibətilə müsəlman vətəndaşlara təbrik ünvanlayıb.
O, müsəlmanlara xoşbəxtlik və səadət arzu edib. Dövlət naziri bildirib ki, Gürcüstan multietnik ölkədir və bu da ölkəni daha zəngin və müxtəlif edir.
Qeyd edək ki, Gürcüstan əhalisinin təqribən 11%-ni müsəlmanlar təşkil edir.