“Əhli-beyt” Cəmiyyəti Rusiyadakı azərbaycanlılara çağırış etdi

“Əhli-beyt” Cəmiyyəti Rusiyadakı azərbaycanlılara çağırış etdi Hazırda Ruisyada koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq edilib. Müqəddəs Ramazan ayının gəlməsinə baxmayaraq, bütün ölkə boyu nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınıb.
Din
24 Aprel , 2020 14:06
“Əhli-beyt” Cəmiyyəti Rusiyadakı azərbaycanlılara çağırış etdi
Nizami Baloğlanov / Report

"Hazırda Ruisyada koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq edilib. Müqəddəs Ramazan ayının gəlməsinə baxmayaraq, bütün ölkə boyu nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınıb".

Bunu "Report"un Rusiya bürosuna acıqlamasında Rusiyada fəaliyyət göstərən “Əhli-beyt” İslam Cəmiyyətinin sədri Nizami Baloğlanov deyib.

Onun sözlərinə görə, federasiyada yaşayan və işləyən azərbaycanlılar da dövlətin qayda-qanunlarına riayət edirlər: "Bildiyiniz kimi, Rusiyada bütün kütləvi tədbirlər mayın 1-dək təxirə salınıb. Bəzi ekspertlər bu müddətin uzadılacağını deyirlər. Rəsmilər isə ölkədə koronavirusun pik nöqtəsinin may ayının ilk iki həftəsinə təsadüf edəcəyini açıqlayıblar. Ona görə də təşkilat olaraq bütün tədbirlərimizi təxirə saldıq. Ramazan ayında camaat namazı qılınmayacaq, iftar süfrələri təşkil edilməyəcək. İftar süfrəsi təşkil etmək istəyənlər əvəzində koronavirusdan əziyyət çəkənlərə, aztəminatlı ailələrə, köməksizlərə yadım etsinlər”.

N.Baloğlanov bildirib ki, Moskvada bütün məscidlər pandemiya dövründə bağlı olacaq: “Müqəddəs Ramazan ayı boyunca möminlər dualarını, ibadətlərini evdə edə bilərlər. Allah hər kəsin dua və ibadətlərini qəbul etsin! Amin!”

Son xəbərlər

Orphus sistemi