Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
Din
1997
19 İyun , 2017 20:11
Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 19 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycanda ikisi gürcü pravoslav xristian dini icması olmaqla 28 qeyri-müsəlman dini icmanın dövlət qeydiyyatından keçdiyini qeyd edən Komitə sədri müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara da hərtərəfli diqqət və yardım göstərildiyini vurğulayıb.

T.Şaraşenidze iki ölkə arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanılmasının və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Səyavuş Heydərov da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi