Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbirdə çıxış edərək, dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Sədr müavini İslam dininin ekstremizmə, radikalizmə qarşı mənəvi dəyərlər sistemi olduğunu bildirərək, radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını qeyd edib. O bildirib ki, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur: “Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir”.
Vətənə, dövlətə sevginin, Vətəni müdafiə etməyin İslam əqidəsinin əsas prinsiplərindən olduğunu vurğulayan Gündüz İsmayılov dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyindən danışıb. O, milli-mənəvi dəyərlərin qorunması və təbliğ edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də söhbət açıb.
Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov görüş iştirakçılarının suallarını cavablandırıb.