Dövlət Komitəsi "Oxu" sənədli filmini gənclər üçün nümayiş etdirib

Dövlət Komitəsi "Oxu" sənədli filmini gənclər üçün nümayiş etdirib Bakı. 11 yanvar. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı Oxu sənədli filmi gənclər üçün nümayiş olunub.
Din
11 Yanvar , 2019 12:44
Dövlət Komitəsi Oxu sənədli filmini gənclər üçün nümayiş etdirib

Bakı. 11 yanvar. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub.

"Report" xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dini radikalizm əleyhinə müxtəlif tədbirlərin həyata keçirildiyi bildirib. 

O qeyd edib ki, bu tədbirlərdən biri sənədli filmlərin hazırlanması və onların ictimaiyyətə təqdim olunmasıdır: "İndiyədək dini radikalizmlə bağlı müxtəlif adlarda sənədli filmlər çəkilib və ictimaiyyətə təqdim olunub. Yeni sənədli filmimiz isə "Oxu" adlanır. "Qurani-Kərim"də də ilk hökm oxu ilə başlayır. Bu filmdə də dini radikalizm və onun mahiyyəti ifşa olunur. Burada eyni zamanda Azərbaycanda dini radikalizm əleyhinə görülən işlər öz əksini tapıb".

M.Qurbanlı deyib ki, ekran əsərinin əsas məqsədi din adı altında fəaliyyət göstərən, insanları cəhalətə sürükləyən dairələri real faktlarla göstərmək və ictimaiyyətə təqdim etməkdir.

Dövlət Komitəsinin sədri bildirib ki, bu il Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə bir neçə layihələr həyata keçiriləcək. Bura kiçik həcmli video-çarxların, sənədli filmlərin hazırlanması da daxildir. 

Tədbirin davamında film barədə iştirakçıların fikirləri dinlənilib. 

Son xəbərlər

Orphus sistemi