MTRŞ sədri: "Bəzən aparıcılar efirdə müəyyən xarici sözlər işlətməklə yenilik etmək istəyirlər"

MTRŞ sədri: "Bəzən aparıcılar efirdə müəyyən xarici sözlər işlətməklə yenilik etmək istəyirlər" "Müstəqilliyimizdən 26 il keçməsinə baxmayaraq, ziyalılar efirdə ana dilində fikrini ifadə edə bilmir"
Din
15 Avqust , 2017 15:25
MTRŞ sədri: Bəzən aparıcılar efirdə müəyyən xarici sözlər işlətməklə yenilik etmək istəyirlər
Report.az

Bakı. 15 avqust. REPORT.AZ/ "Qloballaşan dünya milli dillərin üzərində təzyiqləri artırır. Bu baxımdan biz öz dilimizi müdafiə tədbirlərini gücləndirməliyik”.

“Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. 

Onun sözlərinə görə, dili qorumaq üçün mümkün olan edilməlidir: "Bəzən aparıcılar efirdə müəyyən xarici sözlər işlətməklə yenilik etmək istəyirlər. Amma hər bir vətəndaş Azərbaycan dilinin saflığını qorumaq üçün çalışmalıdır. Bizi narahat edən məqamlardan biri aparıcıların sürətli danışması ilə bağlıdır. Şivə danışıq dili də aparıcıların dilində olmamalıdır”.

MTRŞ sədri bildirib ki, dilin qorunması işində ziyalıların üzərinə çox böyük vəzifələr düşür: “Üzümü ziyalılara tuturam. Dilin saflığını qorumaq işində öndə getsinlər. Təəssüf ki, çox zaman bu sahədə ən pis örnəkləri ziyalılardan görürük. Görüləsi işlər çoxdur. Bəzən ziyalılar efirdə Azərbaycan dilində fikrini ifadə edə bilmir. Baxmayaraq ki, müstəqilliyimizdən 26 il keçir”. 

Son xəbərlər

Orphus sistemi