Bakıda “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Bakıda “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib - YENİLƏNİB Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilir.
Din
29 Sentyabr , 2023 13:12
Bakıda “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, o cümlədən ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransdan öncə Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olduğunu bir daha nümayiş etdirmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda qısametrajlı film nümayiş olunub.

Konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, 44 günlük Vətən müharibəsində də bütün dünya Azərbaycan xaqının birliyini gördü: “Hər birimiz cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı azad etdik və dünyaya birlik, həmrəylik dərsi keçdik. Biz hazırda bu birliyin mükafatlarını alırıq. Ona görə də həmin dəyəri artıq bütün dünyaya ötürməli və daha da zənginləşdirməliyik”.
Fransanın Ruanda və Əlcəzairdə törətdiyi soyqırımları heç kimin unutmadığını xatırladan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, hazırda oxşar mənzərələr Azərbaycanda - Qubada, Şuşada, Xocalıda da var və 44 günlük Vətən müharibəsindən sonra işğal edilmiş ərazilərdən hələ də kütləvi məzarlıqlar tapılır. Bu qırğınlar fransızlara, ermənilərə nə verib?”.

Alban-Udi dini icmasının sədri Robert Mobili bildirib ki, qloballaşan dünyada bir çox xalqlar assimilyasiyaya uğrayaraq əriyib gedirlər: “Lakin Azərbaycanda çox fərqlidir. Dövlətimiz bütün icmalara diqqət və qayğı ilə yanaşır. Azərbaycan müxtəlif icmaların öz dinini, adət-ənənəsini qorumaq üçün dəstəyini əsirgəmir”.

Birgəyaşayışla bağlı ənənəmizi inkişaf etdirməliyik deyən Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli əlavə edib ki, imanın birinci əlaməti sevgidir: “Bu sevgi də insani əlamətlərin konturlarını təşkil edir. Biz bundan sonra da Azərbaycan cəmiyyəti olaraq birgəyaşayışla bağlı ənənəmizi inkişaf etdirməliyik. Çünki Azərbaycan bir çox ölkələrə nümunədir”.

“Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəliov nəzərə çatdırıb ki, 44 günlük Vətən müharibəsindəki şücaətimizdən ruhlanırıq və vətənimizin bütövlüyü uğrundakı məsuliyyətimizi də dərindən hiss edirik: “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bundan sonra da əlimizdən gələni edəcəyik".

Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.

11:14

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilir.

“Report”un xəbərinə görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, o cümlədən ölkədə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri iştirak edirlər.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransdan öncə Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olduğunu bir daha nümayiş etdirmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda qısametrajlı film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi