Bakı.13 dekabr. REPORT.AZ/ Bakıda "Heydər" məscidində Həzrəti Məhəmməd peyğəmbərin (s) mövlud günü qeyd olunacaq.
Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsindən bildirilib.
Məlumata görə, dekabrın 12-17-də (12-17 rəbiüləvvəl) Həzrəti Məhəmməd peyğəmbərin (s) mövlud həftəsidir: "Bu münasibətlə dekabrın 14-də saat 19:00-da "Heydər" məscidində mövlud tədbiri keçiriləcək. Tədbirdə məscidin rəhbərliyi tərəfindən Məhəmməd peyğəmbərin (s) həyatı haqqında söhbətlər olacaq. Mərasimdə peyğəmbərin şərəfinə ilahilər səsləndiriləcək. Tədbirə qatılanlara "Heydər" məscidi tərəfindən tərtib olunmuş Məhəmməd peyğəmbərin (s) həyatından bəhs edən 70 səhifəlik kitabça da təqdim olunacaq. İstəyən hər kəs mövlud tədbirinə qatıla bilər".