Bakı. 16 noyabr. REPORT.AZ/ Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, şərqşünas-alim,
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi Azərbaycanda yaşadığı müddətdə qarşılaşdığı isti, mehriban münasibət, şahidi olduğu tolerant mühitdən bəhs edib. O deyib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşməklə multikultural ənənələrə sadiqliyini nümayiş etdirib.
Oktay Səmədov tolerantlığın Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyər olduğunu deyib.
Akademik Vasim Məmmədəliyev dünyada yayılmış bütün dinlərin nümayəndələrinin Azərbaycanda yaşadığını bildirərək ölkəmizdə onların hər birinə hörmətlə yanaşıldığını söyləyib.
Tədbir iştirakçıları “Azərbaycan tolerantlıq nümunəsidir” adlı sənədli filmi izləyiblər.