Bakı. 10 aprel. REPORT.AZ/ İordaniyada qadın hafizələr arasında beynəlxalq Qurani-Kərim Tilavəti müsabiqəsi keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqədə Azərbaycanı “Şəbnəm” İslam kollecinin hafizlik müəlliməsi Cəmilə Nəbiyeva təmsil edib.
Müsabiqənin Təşkilat Komitəsi Azərbaycan təmsilçisini diploma layiq görüb.
Qeyd edək ki, Təşkilat Komitəsi yarışmaçılar üçün maraqlı ziyarət proqramı hazırlayıb. Müsabiqə iştirakçıları İordaniya ərazilərində yerləşən müxtəlif tarixi ziyarətgahları, o cümlədən, Əshabi-Kəhf mağarasını, Həzrəti Yuşa ibn Nun (ə.s) və Həzrəti Əbu Ubeydullah bin Cərahın məqbərələrini, eləcə də Kral Hüseyn məscidini və Ölü dənizi ziyarət ediblər.