Bakı. 20 aprel. REPORT.AZ/ Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 800 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.
“Report”un əldə etdiyi məlumata görə, onların arasında əvvəllər Həcc ziyarətində olanlar da var. Amma onların sayı çox azdır.
Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir. Sənəd qəbulu iyulun 15-dək davam edəcək.
Həcc ziyarəti avqust ayında olacaq.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyəcəklər. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.