Azərbaycanda şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs oluna bilər

Azərbaycanda şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs oluna bilər Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Din
13 Oktyabr , 2016 11:43
Azərbaycanda şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs oluna bilər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs edilə bilər.

"Report"un xəbərinə görə, Cinayət Məcəlləsinə 167-1.4 maddəsinin əlavə edilməsi təklifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

Yeni maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi