Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edib

Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edib Azərbaycan Dağ Yəhudiləri İcmasının sabiq rəhbəri Semyon Borisoviç İxiilov vəfat edib.
Din
16 May , 2022 10:30
Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edib

Azərbaycan Dağ Yəhudiləri İcmasının sabiq rəhbəri Semyon Borisoviç İxiilov vəfat edib.

“Report” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

“Bu gün səhər Bakıdakı müsəlman, xristian və yəhudi icmalarının rəhbərləri ilə birlikdə Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş lideri cənab Semyon Borisoviç İxiilovu son mənzilə yola saldıq”, - diplomat vurğulayıb.

Qeyd edək ki, Semyon Borisoviç İxiilov 1940-cı il dekabrın 9-da Qubanın Qırmızı qəsəbəsində anadan olub. 1957-ci ildə Bakıdakı 171 saylı məktəbi bitirib, daha sonra inşaat mühəndisi ixtisası üzrə orta və ali təhsil alıb. 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Semyon İxiilovu ölkənin ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi