Aşura günü münasibətilə Naxçıvanda könüllü qanvermə aksiyası olub
Aşura günü münasibətilə Naxçıvanda könüllü qanvermə aksiyası olubNaxçıvanda Aşura mərasimi və Aşura günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib.
Naxçıvanda Aşura mərasimi və Aşura günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidində keçirilən Aşura mərasimində iştirak edib.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, ehsan verilib.
Bununla yanaşı, Naxçıvan şəhərində, o cümlədən muxtar respublikanın rayonlarında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib. Mərasimlərdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib. Naxçıvan şəhərinin Sarvanlar, Came, Pirqəmiş məscidlərində təşkil olunan mərasimlərdə iştirak edən vətəndaşlar könüllü şəkildə qan veriblər. Həkim briqadaları əvvəlcə müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Qanvermə aksiyaları Şərur rayonunda 4, Babək rayonunda 5, Culfa rayonunda 2, Kəngərli rayonunda 3 məscid və kənd həkim ambulatoriyasında, Ordubad, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanalarında da həyata keçirilib. Dindarlar sivil qaydada, könüllü olaraq qan veriblər. Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili torbalarda Qan Bankına təhvil verilib.