Allahşükür Paşazadə Mübariz Qurbanlıdan kömək istəyib

Allahşükür Paşazadə Mübariz Qurbanlıdan kömək istəyib "Bizim təqvimimizə uyğun olmayan vaxtda azan verilərsə, həmin televiziyada azan səsləndirilməsi qadağan olunmalıdır"
Din
4 İyun , 2015 13:27
Allahşükür Paşazadə Mübariz Qurbanlıdan kömək istəyib

Bakı. 4 iyun. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayında Azərbaycan televiziyalarında azanın fərqli vaxtlarda verilməsinin qarşısını almaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan kömək istəyib. 

"Report" xəbər verir ki, A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının iyunun 3-də keçirilən birgə iclasında deyib ki, Azərbaycanda ən azından bir televiziya Ramazan ayında azanı dəqiq vaxtında verməlidir: "Müxtəlif televiziyalarda Qafqaz Müsəlmanları İdarəsinin təqviminə uyğun olmayan vaxtlarda azan verilir. Belə televiziyalarda azan verilməsi qadağan olmalıdır. Mən bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya müraciət edirəm. Ramazan ayında televiziyalarda azan verilməsinə ciddi nəzarət olunmalıdır. Əgər bizim təqvimimizə uyğun olmayan vaxtda azan verilərsə, həmin televiziyada azan səsləndirilməsi qadağan olunmalıdır".

A.Paşazadə bildirib ki, televiziyalarda fərqli vaxtlarda azanın verilməsi məzhəb ayrılığına səbəb olub və bu da qəbuledilməzdir: "Bu bizim dini tolerantlığımıza və mənəvi dəyərlərimizə ziddir. Bəzi qüvvələr bunu qəsdən edirlər". 

Son xəbərlər

Orphus sistemi