Allahşükür Paşazadə Almaniya səfirini qəbul edib

Allahşükür Paşazadə Almaniya səfirini qəbul edib Bakı. 14 avqust. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib.
Din
14 Avqust , 2018 17:38
Allahşükür Paşazadə Almaniya səfirini qəbul edib

Bakı. 14 avqust. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib. 

İdarədən "Report"a verilən məlumata görə, səfir şeyxülislamla daha əvvəl müxtəlif tədbirlərdə görüşdüyünü, lakin ilk dəfədir Qafqaz Müsəlmanları İdarəsini ziyarət etdiyini və bundan çox məmnun olduğunu bildirib. 

A.Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb. 

M.Kindsqrab isə dünyada gedən proseslər fonunda Azərbaycanın tolerantlıq məkanı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd edərək bu unikal təcrübənin bütün dünya ilə bölüşməyin son dərəcə vacib olduğunu qeyd edib. 

QMİ sədri Almaniya səfirinə ötən il ölkədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunan "İslam Həmrəyliyi İli" ilə bağlı 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş Beynəlxalq Konfransın ardından təsis edilən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (BDSƏM) haqqında və Mərkəzin fəaliyyəti barədə məlumat verib. 

A.Paşazadə M.Kindsqrabı cari ilin noyabr ayında BDSƏM tərəfindən Almaniyanın paytaxtı Berlində “Sivilizasiyalar və dinlərarası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilməsi planlaşdırılan beynəlxalq konfrans haqqında məlumatlandırdı və həmin tədbirlə bağlı həyata keçirilən görüşlər və hazırlıq işləri barədə danışıb. 

Səfir, öz növbəsində, belə bir tədbirin ölkəsinin paytaxtında keçiriləcəyindən məmnun olduğunu, alman tərəfinin bu mühüm təşəbbüsü tam dəstəklədiyini bildirib. 

Görüşdə QMİ sədrinin müavinləri S.Musayev və R.Əliyarlı da iştirak ediblər. Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi