Bakı. 5 mart. REPORT.AZ/ “Azərbaycanda tolerantlıq ili elan etmək ehtiyacı yoxdur, çünki burada hər il tolerantlıq ilidir”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer Bakıda keçirilən “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda 100 illiklərlə tolerantlıq, dözümlülük hökm sürüb: “Azərbaycan təkcə müsəlman aləmində deyil, həmçinin dünya miqyasında nümunəvi ölkədir. Çünki bunun bünövrəsini dahi siyasətçi Heydər Əliyev qoyub, onun üçün tolerantlıq, dözümlülük prioritet məsələsinə çevrilib. Azərbaycan dini tolerantlıq mövzusunda digər dövlətlərə örnək olmalıdır ki, onlar sizdən nümunə götürsün”.
M.Şnayener qeyd edib ki, evanqirist xristianları ilə dünya müsəlmanları arasında körpü yaratmağı qarşılarına məqsəd qoyublar: “Əslində, biz burda tədqiqat aparmağa gəlmişik. Müşahidələrimiz əsasında deyə bilərik ki, hələki müsəlmanlarla evanqirist xritsianları arasında anlaşma yoxdur. Amma Azərbaycan kimi dövlətdə bu tədbirə tanınmış evanqirist liderlərinin qatılması tədbirin əhəmiyyətini daha da artırır. ABŞ-da azərbaycanlılarla xristianlar arasında olan boşluq Azərbaycandakı təbliğatlar əsasında aradan qaldırıla bilər. Azərbaycanı çox sevirəm və dünya miqyasında tanınması üçün əlimdən gələni edəcəm”.