ABŞ-da məscidə hücum olub, divarlara müxtəlif şüarlar yazılıb

ABŞ-da məscidə hücum olub, divarlara müxtəlif şüarlar yazılıb ABŞ-da Mimmesota ştatının mərkəzi Sent Paul şəhərindəki Darul İman məscidinin divarlarına “Merry Christmas” (“Yeni illər”), “Jesus” (İsa peyğəmbəri nəzərdə tutur), “God” (Tanrı) sözləri yazılıb.
Din
23 Dekabr , 2019 12:07
ABŞ-da məscidə hücum olub, divarlara müxtəlif şüarlar yazılıb

ABŞ-da Mimmesota ştatının mərkəzi Sent Paul şəhərindəki Darul İman məscidinin divarlarına “Merry Christmas” (“Yeni illər”), “Jesus” (İsa peyğəmbəri nəzərdə tutur), “God” (Tanrı) sözləri yazılıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı ABŞ-İslam Əlaqələri Şurasının Minnesota bölməsi yayıb.

Yazılar məscidin içindəki ağ taxtaya yazılıb.

Bölmənin direktoru Jaylani Hüseyn bunları pisniyyətli ismarış kimi qiymətləndirib və yerli təhlükəsizlik orqanlarını məscidə vurulan ziyanla bağlı hadisəni araşdırmağa çağırıb.

Onun sözlərinə görə, hücum edən şəxs müsəlmanların ibadətxanasına məxsus kompüterləri də oğurlamaq istəyib: “Həmin şəxs məscidə 7 min dollar məbləğində ziyan vurub”.

Yerli polis idarəsindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər şübhəli dindirilsə də, günahkar hələ də tapılmayıb. 

Son xəbərlər

Orphus sistemi