ADPU-nun ​Zaqatala filialında "İslam və millilik" adlı tədbir keçirilib

ADPU-nun ​Zaqatala filialında "İslam və millilik" adlı tədbir keçirilib "İslam dini ümumbəşəri, sülh və əmin-amanlıq dinidir"
Din
17 Fevral , 2016 21:11
ADPU-nun ​Zaqatala filialında İslam və millilik adlı tədbir keçirilib

Bakı. 17 fevral.REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialında Zaqatala Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşəbbüsü ilə "İslam və millilik" adlı tədbir keçirilib.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

Ali məktəbin filialının müəllim və tələbələrinin iştirak etdiyi tədbiri filialın direktoru Orucəli Rzayev açaraq, mövzunun aktuallığını tələbələrin nəzərinə çatdırıb. Natiq vurğulayıb ki, İslam dini ümumbəşəri, sülh və əmin-amanlıq dinidir.

Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri M.İsmayılov İslam və millilik tarazlığının qurulmasından, dinimizin milli adət-ənənələrə və dəyərlərə baxışı barədə məlumat verib. O, İslam və millilik münasibətlərinin düzgün nizamlanmasının əhəmiyyətindən danışıb. Şöbə müdiri qeyd edib ki, İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi dinclik və barış dolu bir həyatı insanlara təqdim etmək üçün göndərilmiş bir dindir.

Daha sonra çıxış edən Zaqatala RİH-nin nümayəndəsi İlqar Vəliyev dini radikalizmin milli adət-ənənələr və dəyərlərlə ziddiyət təşkil etməsi, dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolunu vurğulayıb. Tədbirdə həmçinin, ilahiyyət üzrə fəlsəfə doktorları Rafiz Manafov və Asəf Qənbərov də çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi