Yuxarı

Yevlaxda multikultural və tolerant dəyərlər mövzusunda regional konfrans keçirilib

Konfransda Komitənin sədr müavini də iştirak edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Yevlax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Yevlax bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Namiq Əliyev, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, kənd, qəsəbə bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov multikultural cəmiyyətə əsas təhdid hesab olunan dini radikalizm və ekstremizmin fəsadlarından və bu kimi halların qarşısının alınması yollarından bəhs edib. Dini radikalizmlə mübarizə çərçivəsində görülən işlər haqqında məlumat verən sədr müavini bununla bağlı aparılan mübarizə tədbirlərindən danışıb.

QMİ-nin Yevlax bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Namiq Əliyev çıxış edərək, dini radikalizmin fəsadlarından, radikalizm əleyhinə aparılan dini maarifçilik işinin əhəmiyyətindən söz açıb.

Tədbirdə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev də çıxış ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi