Yuxarı

​Yasamalda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

Səyavuş Heydərov: Bəzi qüvvələr din amilindən geosiyasi maraqlar üçün istifadə edir

Bakı. 13 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal, Nəsimi və Nərimanov rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər. 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı multikultural mühitin bütün dünya üçün örnək olduğunu bildirib. O, bəzi Şərq ölkələrində baş verən münaqişələrə diqqəti çəkərək, bəzi qüvvələrin din amilindən geosiyasi maraqlar üçün istifadə etdiyini təəssüflə bildirib. 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov son illərdə respublikada keçirilən tədbirlərdə ayr-ayrı xalqların nümayəndələrinin iştirakını tolerantlıq nümunəsi kimi dəyərləndirib.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov dövlətin gənclərə diqqət və qayğısından danışıb. 

Qeyd edək ki, müşavirədən öncə “Fitnə” filmi Yasamal rayon ictimiayyətinə təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi