Yuxarı

​Yardımlıda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının məruzəsi dinlənilib

Bakı. 13 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Yardımlı icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əfsanə Məmmədova rayonda mövcud dini durum və bu sahədə görülən işlər barədə məlumat verib.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının mövzu ilə bağlı məruzəsi dinlənilib.

S.Salahlı bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyara çevrilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, Perimbel kəndinin ağsaqqalı hacı Mirhəqiqət Həsənov, şəhər 2 saylı məktəbin müəllimi Ruslan Ataşov, YAP Çayüzü kənd təşkilatının sədri Hüseyn Vəliyev, rayon ağsaqqallar şurasının sədri Heybət Mirzəyev həmişə dövlətçiliyə, dini və milli adət-ənənələrə sadiq olan Yardımlıda tam dini sabitliyin olduğunu vurğulayıb, Azərbaycandakı dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin yayılmasının qarşısının alınmasının daim nəzarətdə saxlanıldığını bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi