Türkiyədə şəhid yaxınları Həcc ziyarətinə növbədənkənar gedəcəklər

Türkiyədə şəhid yaxınları Həcc ziyarətinə növbədənkənar gedəcəklər Bu il 4500 şəhid və veteran ailəsi yaxınlarının ziyarətə aparılacağı açıqlanıb
Din
16 Fevral , 2017 19:55
Türkiyədə şəhid yaxınları Həcc ziyarətinə növbədənkənar gedəcəklər

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyədə 2008-ci ildən 2017-ci ilədək Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən şəhid və veteran ailələri Həcc ziyarətinə püşkatmaya qatılmadan gedəcəklər.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu addım Türkiyənin Dini İşlər üzrə İdarəsinin rəhbəri Mehmet Görməzin tələbi ilə atılıb.

Belə ki, şəhidlərin ana-atası, həyat yoldaşı və evlənməyən övladları püşkatma mərasiminə qatılmadan ziyarətə gedə biləcəklər.

Keçən il Həcc ziyarətinə 750 nəfər veteran və şəhid yaxını gedib. Bu il isə bu rəqəmin 4 min 500-ə yüksəldiləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyədə Həcc ziyarətinə getmək istəyən namizədlər üçün püşkatma mərasimni fevralın 24-də keçiriləcək. Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 2 milyondan çoxdur.

Son xəbərlər

Orphus sistemi