Türkiyədə qurban kəsərkən heyvanlara əziyyət verənlər cərimə olunacaq

Türkiyədə qurban kəsərkən heyvanlara əziyyət verənlər cərimə olunacaq Türkiyəli nazir heyvanların səlahiyyətli insanlar tərəfindən kəsilməsinin şərt olduğunu deyib
Din
28 Avqust , 2017 14:54
Türkiyədə qurban kəsərkən heyvanlara əziyyət verənlər cərimə olunacaq

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyədə qurban kəsərkən ehtiyatsız davranaraq heyvanalara əziyyət verən şəxslər cərimə olunacaq.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin meşə və su işləri naziri Veysəl Əroğlu deyib.

O bildirib ki, heyvanın əziyyət çəkməsinə səbəb olanlar 540 lirədən 2752 lirəyə qədər cərimə ediləcəklər. 

Nazir vurğulayıb ki, heyvanların dövlət orqanlarının müəyyənləşdirdiyi yerlərdə və peşəkar qəssablar tərəfindən kəsilməsi şərtdir. Onun sözlərinə görə, buna əməl etməyənlər hər baş heyvana görə 1097 lirə cərimələnəcəklər. 

Son xəbərlər

Orphus sistemi