Yuxarı

Türkiyə baş nazirinin xanımı Bibiheybət ziyarətgah kompleksi ilə tanış olub

Semiha Yıldırım ölkədə dini dəyərlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyə Respublikası Baş nazirinin xanımı Semiha Yıldırım iyunun 3-də Bibiheybət ziyarətgah kompleksi ilə tanış olub.

"Report" xəbər verir ki, qonağa kompleks barədə məlumat verilib. Bildirilib ki, VII əsrin yadigarı sayılan Bibiheybət ziyarətgahı sovet dövründə repressiyaya məruz qalıb. 1934-cü ildə buradakı məscid dağıdılıb. Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgah bərpa olunub. Ümummilli Lider 1994-cü ilin martında bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də isə burada yeni məscid kompleksinin bünövrəsi qoyulub. Bir il sonra ulu öndərin iştirakı ilə məscidin əsas korpusunun açılışı olub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Bibiheybət ziyarətgah kompleksində inşaat və tərtibat işləri klassik Şərq memarlığı üslubunda aparılıb. Ziyarətgah kompleksi 2008-ci il iyulun 12-də istifadəyə verilib.

Türkiyə baş nazirinin xanımı Semiha Yıldırım ölkədə dini dəyərlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, ziyarətgah kompleksində aparılan yenidənqurma işlərinin bunun bariz nümunəsi olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi