Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə tədbir keçirib

Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə tədbir keçirib Maarifləndirici tədbirlərin gənclər üçün əhəmiyyət daşıdığı vurğulanıb
Din
27 Mart , 2017 18:34
Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə tədbir keçirib

Bakı. 27 mart. REPORT.AZ/ Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Nəsimi rayonunda yerləşən 19 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Akif Əliyev orta məktəblərdə təşkil olunan bu cür maarifləndirici tədbirlərin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov Azərbaycanda milli-mənəvi dəyərlərin böyük əhəmiyyət kəsb etdiyini və həmrəyliyimizdə xüsusi yer tutduğunu bildirib. O çıxışında gənclərin milli ruhda tərbiyə almasının zəruri olduğunu diqqətə çatdırıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev həqiqi İslamdan uzaq, radikal fikirli insanların cəmiyyətdə mövcud olan həmrəyliyə, sabitliyə və birgəyaşayış ənənəsinə vurduğu zərbədən danışıb.

Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.

Son xəbərlər

Orphus sistemi