Yuxarı

Təbrizdə “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb

Mübariz Qurbanlı sərgidə iştirak edib

Bakı. 24 may. REPORT.AZ/ İran İslam Respublikasının Təbriz şəhərində “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin açılışı olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətidən "Report"a verilən məlumata görə, mərasimdə Komitənin sədri Mübariz Qurbanlı, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi, İranın Şərqi Azərbaycan valisinin müavini Səid Şəbüstəri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təbriz bələdiyyəsinin muzeyində keçirilən fotosərgidə Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Astara və başqa şəhərlərindəki məscidlərin böyük formatlı fotoları nümayiş etdirilir. Sərgidə, həmçinin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki məscidlər haqqında materiallar yer alıb.

Sərginin açılışında iştirak edən Təbriz şəhərinin sakinlərinə məscidlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini yalnız hərbi təcavüzə deyil, həm də mənəvi təcavüzə məruz qoyublar. Qədim Şuşa və Ağdam şəhərlərindəki məscidlər ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Bu, ermənilərin İslam mənəviyyatına təcavüzü deməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi