Sumqayıtda dini radikalizmlə mübarizədə din xadimlərinin rolu mövzusunda tədbir təşkil olunub

Sumqayıtda dini radikalizmlə mübarizədə din xadimlərinin rolu mövzusunda tədbir təşkil olunub "Milli şüurumuzun formalaşmasında din xadimləri xüsusi rol oynayıblar"
Din
7 Aprel , 2017 19:32
Sumqayıtda dini radikalizmlə mübarizədə din xadimlərinin rolu mövzusunda tədbir təşkil olunub

Bakı. 7 aprel. REPORT.AZ/ Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış massivi məscidi “Vəhdət” dini icması tərəfindən "Dini radikalizm və onunla mübarizədə din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, dini icmanın sədri Eldar Ömərov, məscidin axundu Ələkbər Muradov, icma üzvləri, qəsəbə sakinləri iştirak ediblər.Dini icma sədri Eldar Ömərov qeyd edib ki, Azərbaycan xalqının sahib olduğu yüksək əxlaqi keyfiyyətlərin, o cümlədən milli, dini dəyərlərimizin qorunub saxlanılmasında, milli şüurumuzun formalaşmasında din xadimlərimiz xüsusi rol oynayıblar. Hər dövrdə olduğu kimi bu gün də cəmiyyətimizin mənəvi inkişafı, onun yad, zərərli dini, siyasi təsirlərdən qorunması üçün din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxışında bildirib ki, günümüzdə müsəlman ölkələrində sülh və əmin-amanlığın bərqərar olması, stabilliyin qorunub saxlanılması naminə İslam həmrəyliyinə nail olunmasına həmişəkindən daha çox ehtiyac var. Din xadimləri öz çıxışlarında İslam dininin elm, irfan və humanizm kimi ilahi buyruqlarını daha çox vurğulamalı, məzhəblərarası konflikt yaradan hər hansı fikri səsləndirməkdən çəkinməlidirlər.

Məscidin axundu Ələkbər Muradov bildirib ki, din xadimləri düzgün maarifləndirmə işini təşkil etməli, möminləri dini xurafata yuvarlanmağa qoymamalıdırlar.

Son xəbərlər

Orphus sistemi