Yuxarı

Sorğu: ABŞ-da xristianların sayı əhəmiyyətli dərəcədə azalıb

2014-c ildə özlərinə xristian deyən ABŞ sakinlərinin sayı 71 faizə düşüb

Bakı. 13 May. REPORT.AZ/ ABŞ-da keçirilən sin sorğu ötən 7 il ərzində özlərini xristian icmasına aid edənlərin sayının əhəmiyyətli dərəcədə azaldığını göstərib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "Pew" təhlil mərkəzinin məlumatına əsasən, 2007-ci ildə keçirilən sorğuda özlərini xristian adlandıranların amerikalıların sayı 78 faiz təşkil edirdisə, 2014-c ildə özlərinə xristian deyənlərin sayı 71 faizə düşüb.

Eyni müddət ərzində özlərinin heç bir dinə aid erməyənlərin sayı 16 faizdən 23 faizədək artıb ki, buda 56 milyon ABŞ sakini deməkdir.

Bu qrup sayına görə ölkənin ən çoxsaylı protestant icmasından sonra ikinci yerdə gəlir.

Bununla belə ABŞ xristianları dünyanın ən iri dini icmalarından biri olaraq qalmaqdadır. Hər 10 nəfərdən 7-si xristianlığın bu və ya digər təriqətinə mənsubdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi