Səyyad Salahlı: “Bəzi qruplar şəxsi mənafeləri naminə insanları radikalizmə sürükləməyə can atırlar”

Səyyad Salahlı: “Bəzi qruplar şəxsi mənafeləri naminə insanları radikalizmə sürükləməyə can atırlar” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 36 dini icmanı qeydiyyata alıb
Din
21 İyul , 2016 15:51
Səyyad Salahlı: “Bəzi qruplar şəxsi mənafeləri naminə insanları radikalizmə sürükləməyə can atırlar”

Bakı. 21 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 36 dini icmanı qeydiyyata alıb. 

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 21-də qeydiyyatdan yeni keçən dini icmalara şəhadətnamələr təqdim olunub. 

Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçılara ölkədəki dini durum barədə ətraflı məlumat verib.

O bildirib ki, dövlətin yüksək diqqət və qayğısının müqabilində bir sıra hallarda din xadimləri radikalizmlə mübarizə işində fəal iştirak etmirlər: “Bəzi qruplar şəxsi mənafeləri naminə, hətta cəmiyyətin gələcəyini təhlükə altına salaraq, insanları radikalizmə sürükləyən fəaliyyətə can atırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dövlətin digər müvafiq qurumları bu qruplara qarşı mübarizə aparır. Ancaq çox istərdik ki, dindarlarımızın, nüfuzlu din xadimlərimizin bu istiqamətdə fəaliyyəti, radikalizmə qarşı seçdikləri taktika daha güclü və daha səmərəli olsun. Bunun üçün, ilk növbədə, özünü və daha sonra digər insanları xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirmək mütləqdir”.

Son xəbərlər

Orphus sistemi