Yuxarı
    Bağlamaq

    Allahşükür Paşazadə Livana səfərə gedib

    Səfərdə məqsəd Məzhəblərin Yaxınlaşması Təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir

    Bakı. 5 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Livana səfərə gedib. QMİ-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, səfərdə məqsəd Məzhəblərin Yaxınlaşması Təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir.

    İslam dünyasında nüfuzlu qurum olan Ali Şurada dünyada cərəyan edən hadisələr fonunda islam həmrəyliyinin, məzhəblərarası anlaşmanın, ümumislami maraq və mənafelər naminə müsəlmanların vahid mövqedən çıxış etməsinin vacibliyi məsələləri müzakirə olunacaq, müsəlman aləmində tanınmış üləmaların çıxışları dinləniləcək.

    QMİ sədri məşvərət toplantısında Ali Şuranın üzvü olaraq çıxış edəcək. 

    A.Paşazadəni səfərdə QMİ sədrinin I müavini Müfti Salman Musayev müşayiət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi