Yuxarı

​Mavritaniyada İslam peyğəmbərini təhqir edən yazıçı barədə güllələnmə hökmü çıxarılıb

Şeyx Məhəmməd bir il əvvəl peyğəmbər haqqında yazdığı məqaləyə görə həbs olunub.

Bakı. 28 dekabr. REPORT.AZ/ Mavritaniya məhkəməsi Məhəmməd peyğəmbəri (s) təhqir edən yazıçı barədə güllələnmə hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu barədə hüquq müdafiəçilərinə istinadən "Reuters" məlumat yayıb.

28 yaşlı Şeyx Məhəmməd bir il əvvəl peyğəmbər haqqında yazdığı məqaləyə görə həbs olunub.

Məqalə müəllifi günahını etiraf etməyib və hökm oxunan zaman özündən gedib.

Mavritaniyada şəriət qanunları hökm sürür, lakin ölüm hökmü nadir hallarda reallaşdırılır. Sonuncu dəfə ölüm hökmü 1987-ci ildə tətbiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi