Bakı. 18 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Həcc İşləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və Həcc ziyarətini təşkil edən şirkətlər üşün lisenziya qaydalarını sərtləşdirib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
Nazirliyin bəyanatında Həcc-operatorları nümayəndələrinin fəaliyyətini təşkil edəcəkləri bir sıra tələblər sadalanır. Şirkətlər zəvvarların yaşaması və nəqli üçün zəruri şərtləri təmin etməlidir.
Firmalar həmçinin Həcc İşləri üzrə Nazirliyin və krallığın Mülki Müdafiə İdarəsinin bir sıra lisenziyalarını əldə etməlidir.
"Bu şərtləri pozduğu təqdirdə şirkətlər cəzalandırılacaq", - məlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 24-də Məkkədəki Mina vadisində baş verən basabas nəticəsində iki mindən artıq zəvvar həyatını itirib.