​Şəkidə "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusunda sərgi keçirilib

​Şəkidə "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusunda sərgi keçirilib Azsaylı millətlərin təmsilçiləri mahnı və rəqslərdən ibarət səhnələr və onlara aid geyimləri, xalçaları nümayiş etdiriblər
Din
19 May , 2016 20:41
​Şəkidə Azərbaycandakı multikulturalizm ənənələrinə baxış mövzusunda sərgi keçirilib

Bakı. 19 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin və Şəki şəhəri Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusunda sərgi keçirilib.

Bu barədə "Report"a Komitədən bildirilib.

Məlumata görə, sərgidə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Ruslan Mobili, Şəki mədəniyyət və turizm şöbəsinin müdiri Mirvari Zeynalova, Şəki şəhəri Heydər Əliyev Mərkəzinin direktoru Zeyneb Məmmədova, mərkəzin işçiləri, Şəki şəhər 7 nömrəli orta məktəbin təşkilatçı müəllimi Samirə Şəmiyeva, ictimaiyyət və mətbuat nümayəndələri, həmçinin bölgədə yaşayan avar, ləzgi, rus və Alban–udi millətlərinin təmsilçiləri iştirak ediblər.Mirvari ZeynalovaAzərbaycandakı multikulturalizm dəyərləri haqqında məlumat verib. E.Qarayev və Şəki şəhəri Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Məmmədova "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusu ətrafında çıxış ediblər.

Sərgidə iştirak edən azsaylı millətlərin təmsilçiləri mahnı və rəqslərdən ibarət səhnələr və onlara aid geyimləri, məişət əşyaları, kitabları, rəsm əsərlərini və xalçaları nümayiş etdiriblər.

Son xəbərlər

Orphus sistemi