Səfir: "Pakistan Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir"

Səfir: "Pakistan Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Pakistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Din
8 Sentyabr , 2015 15:13
Səfir: Pakistan Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayserlə görüşüb. Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə S.Salahlı Azərbaycan və Pakistan arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və bu əlaqələrin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb. Sədr müavini Azərbaycanda mövcud dini durumdan, müxtəlif dini konfessiyaların nümayəndələrinin əsrlərdir sülh şəraitində yaşadığından danışıb.

İki dost ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirən Xalid Usman Qayser Azərbaycan və Pakistan arasında möhkəm əlaqələrin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. Diplomat Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib.

Dostluq müstəvisində təməli qoyulan münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyən səfir qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən qəbula görə təşəkkür edib. 

Son xəbərlər

Orphus sistemi