​Saatlıda "Multikulturalizm və dini dözümlülük mövzusunda maarifləndirici tədbir keçirilib

​Saatlıda "Multikulturalizm və dini dözümlülük mövzusunda maarifləndirici tədbir keçirilib Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Fitnə” sənədli filmi nümayiş olunub
Din
2 İyun , 2016 19:20
​Saatlıda Multikulturalizm və dini dözümlülük mövzusunda maarifləndirici tədbir keçirilib

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı rayonu Heydər Əliyev Mərkəzində "Multikulturalizm və dini dözümlülük mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Lütvəli Şıxalıyev, şöbənin əməkdaşı Elşən Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin İbrahimov, Saatlı Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Qiyasov, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə” sənədli filmi də nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi