Roma Papası BƏƏ-yə tarixi səfərə gəlib

Roma Papası BƏƏ-yə tarixi səfərə gəlib Bakı. 4 fevral. REPORT.AZ/ Roma papası Fransisk BƏƏ-yə üçgünlük səfərə gəlib. Bu, Roma katolik kilsəsi rəhbəri üçün Ərəb yarımadasına ilk səfərdir.
Din
4 Fevral , 2019 05:37
Roma Papası BƏƏ-yə tarixi səfərə gəlib

Bakı. 4 fevral. REPORT.AZ/ Roma papası Fransisk BƏƏ-yə üçgünlük səfərə gəlib. Bu, Roma katolik kilsəsi rəhbəri üçün Ərəb yarımadasına ilk səfərdir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, papanı gətirən "Alitalia"aviaşirkətinə məxsus təyyarə yerli vaxtla axşam saat 10 radələrində Əbu-Dabi aeroportuna eniş edib.

Papanın ərəb ölkəsinə səfəri fevralın 5-dək davam edəcək. Sonuncu gün o, Əbu-Dabinin "Zayed Sports City Stadium" stadionunda təqribən 135 min nəfərin iştirakı ilə ictimai messa ibadətini edəcək.

Son xəbərlər

Orphus sistemi