Yuxarı

​Dünya ölkələri Ramazan bayramını hansı tarixdə qeyd edir? - SİYAHI

QMİ bayramı iyulun 5-i və 6-sı tarixlərində qeyd edən ölkələrin siyahısını açıqlayıb

Bakı. 5 iyul. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramını iyulun 5-i və 6-sı tarixlərində qeyd edən ölkələrin bəzilərinin siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, Əfqanıstan, Albaniya, Əlcəzair, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Çeçenistan, Misir, Gürcüstan, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Livan, Qırğızıstan, Mavritaniya, Fələstin, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Sinqapur, Sudan, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən bayramı iyulun 6-da qeyd edəcək. 

Anqola, Almaniya, Bosniya-Hersoqovina, Xorvatiya, Hindistan, Kosova, Rusiya, Monteneqro, Serbiya, Türkiyə və Tatarıstanda isə Ramazan bayramı iyulun 5-də qeyd olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi