Qubada N saylı hərbi hissədə “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Qubada N saylı hərbi hissədə “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib "Fitnə" filmi hərbçilərə təqdim olunub
Din
24 Avqust , 2016 19:26
Qubada N saylı hərbi hissədə “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Bakı. 24 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan ordusu şərəfini qoruya bilən, vətəninə və dövlətinə sadiq ordudur: "Hazırda dünyada elə dövlətlər var ki, onların orduları dini radikalizmin qurbanına çevirilərək öz ölkələrində həmvətənləri ilə müharibə aparırlar".

Daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. Onun sözlərinə görə, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında aprel döyüşlərinə toxunaraq Azərbaycan əsgərinin fonunda Azərbaycan gəncinin mərdliyindən və qəhrəmanlığından bəhs edib.

Çıxışlardan sonra hərbi qulluqçulara DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi